Ekspert
Ruslan Atakişiyev

1994-1998 –ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində "Maliyyə" ixtisası üzrə bakalavr dərəcəsi aldıqdan sonra, "Magistr" pilləsini bitirib və 2008-ci ildə "Kiçik və orta sahibakrlığın (KOB)-un investisiya problemləri" mövzusunda dissertasiya müdafiə edib, iqtisad üzrə fəlsəfə doktoru alimlik dərəcəsini alıb.
2000-ci ildən başlayaraq müxtəlif şirkətlərdə satış meneceri, direktor müavini, rəhbər vəzifələrində çalışıb.
2002-ci ildən Azərbaycan Dövlət İqtisad Universitetində, Azərbaycan Menecment və Turizm Universitetində eləcə də, Xəzər Universitetində bakalavr və magistrlər üçün " Menecerial ekonomiks", "Menecmentin əsasları", " Mikromakro iqtisadiyyat" və s. fənnlərdən mühazirələr oxuyub.
Almaniya Beynəlxalq Əməkdaşlıq Təşkilatı, Avropa Yenidənqurma və İnkşaf Bankının, Beynəlxalq Maliyyə Korporasiyasının, Türk İqtisadi Kalkınma Ajansının, BMT-ninin Global Sazişinin, İsveçrə CABİR proqramının, Avropa Birliyi Şərq Tərəfdaşlığı Proqramının iqtisadiyyat üzrə eksperti olub. İslam maliyyəsi və bankçılığı sahəsində "Al-Huda İslam İqtisadiyyatı və Bankçılığı Mərkəzi"nin islam maliyyəsi üzrə beynəlxalq sertifikatını alıb. 2012-ci ildə "Azərbaycanda Faizsiz maliyyə bazarının inkişaf prespektivləri" beynəlxalq simpoziumun, 2015-ci ildə "İslam maliyyəsi: müasir vəziyyət və gələcək gözləntilər" mövzusunda beynəlxalq toplantısının, 2017-ci ildə "İslam bankçılığı və maliyyəsi" və s. üzrə beynəlxalq sertifikatlı proqramının işçi qrupunun rəhbəri olub. "Faizsiz Bankçılığa giriş" kitabının müəllifidir.
Biznesə başlayanlar və sahibkarlara investisiya, sahibkarlıq mühiti, şirkətin yuxarı idarəetməsinin (cəmiyyətlər üçün) təşkili, şirkətdaxili konfliktlərin həlli və şərikli iş qurmaq üzrə məsləhətlər verir. 2009-cu ildə İqtisadi Resursların Öyrənilməsi İctimai Birliyini təsisçisidir.


Ekspert
Qafqaz Qəhrəmanlı
Qəhrəmanlı Qafqaz Elman oğlu 2011-cu ildə Bakı Dövlət Universitetinin Beynəlxalq Münasibətlər ...

Ekspert
Rauf Əliyev
Rauf Əliyev müxtəlif gənclər təşkilatlarında və layihələrdə 8 il könüllü fəaliyyət ...









Ekspert
Anar Məmmədov
Azәrbaycan Respublikasının Prezidenti yanında Dövlәt İdarәçilik Akademiyasının Dövlәt vә Bәlәdiyyә idarәedilmәsi ...

Ekspert
Elnur Islamov
Elnur Islamov Türkiyənin Ankara Qazi Universitetinin İqtisadiyyat və İdarəetmə Fakultəsinin Dövlət ...

Ekspert
Zaur İbrahimov
Zaur İbrahimov Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının bakalavr və ...

