Ekspert
Elnur Islamov

Elnur Islamov Türkiyənin Ankara Qazi Universitetinin İqtisadiyyat və İdarəetmə Fakultəsinin Dövlət İdarəçiliyi ixtisasını müvəffəqiyyətlə bitirib. 2002-ci ildə eyni universitetin Sosial Elmlər İnstitutunun "Biznes idarəetmə" ixtisası üzrə master proqramını, 2005-ci ildə isə həmən ixtisas üzrə doktorantura dərs proqramını bitirib.
Azərbaycanda 2005-ci ildə iri və orta holdinq, bank və şirkətlərdə əsasən marketinq, layihələrin idarə olunması və struktur rəhbəri kimi calışıb.
İş həyatı boyunca Azərbaycanda və xaricdə (Almaniya, Türkiyə, Rusiya, Fransa, Ukrayna və s.) ümumi idarəetmə, biznes inzibatçılığı, əqli mülkiyyət və patent, sosial sahibkarlıq, dövlət-özəl sektor əməkdaşlığı, islam bankçılığı, peşəkar təlimçilik (ToT), mediasiya və s. mövzularda uzun və qısa müddətli sertifikatlı tədris proqramlarında və layihələrində iştirak edib.
E.İslamovun peşəkar biznes təlimçisi və eksperti kimi Azərbaycan Bank Tədris Mərkəzi (ABTC), Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, özəl konsaltinq və təlim şirkətləri ilə əməkdaşlıq edir.
E.İslamov akademik-pedoqoji fəaliyyətinə 2007-ci ildən Azərbaycan Dövlət İqtisad Universitetinin və Azərbaycan Turizm və Menecment Universitetindən başlayıb.
5-yə yaxın müəllif şəhadətnaməsi olan layihələri (ABB Sahibkarlar Klubu, AqroPlatforma, Yaşıl Azərbaycan, Bank girovların effektiv idarəedilməsi və s.) və 1 Biznes yönümlü (Altenrativ Biznes inkişaf modeli – Françayzinq) kitabın müəllifidir.
Hazırda, "AgroPlatform və AgroTV", "Azərbaycan Françayzinq Mərkəzi", "TürkAz", "Eurasian Business Platform" layihələrinin isə təsisçisi və rəhbəridir.


Ekspert
Qafqaz Qəhrəmanlı
Qəhrəmanlı Qafqaz Elman oğlu 2011-cu ildə Bakı Dövlət Universitetinin Beynəlxalq Münasibətlər ...

Ekspert
Rauf Əliyev
Rauf Əliyev müxtəlif gənclər təşkilatlarında və layihələrdə 8 il könüllü fəaliyyət ...







Ekspert
Ruslan Atakişiyev
1994-1998 –ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində "Maliyyə" ixtisası üzrə bakalavr ...



Ekspert
Anar Məmmədov
Azәrbaycan Respublikasının Prezidenti yanında Dövlәt İdarәçilik Akademiyasının Dövlәt vә Bәlәdiyyә idarәedilmәsi ...

Ekspert
Zaur İbrahimov
Zaur İbrahimov Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının bakalavr və ...

