Ekspert
Anar Məmmədov

Azәrbaycan Respublikasının Prezidenti yanında Dövlәt İdarәçilik Akademiyasının Dövlәt vә Bәlәdiyyә idarәedilmәsi fakultәsinin İnzibati İdarәetmә ixtisası üzrә tәhsil almışdır. Hal hazırda Moskva Mәdәniyyәt Tarixi İnstitutunun Praktik Psixologiya fakultәsindә tәhsil alır.
Müxtәlif tәşkilat vә qurumlarda 6 il, orta vә ali tәhsil ocaqlarında 7 il, Kütlәvi Informasiya Vasitәlәrindә vә Biznes qurumlarda fәaliyyәt göstәrmiş vә layihәlәrә rәhbәrlik edib. Ünsiyyәt texnologiyaları, inandırma, araşdırma vә eksperiment üsulları ilә geniş mәşğul olur. Verbal vә qeyri – verbal siqnalların öyrәnilmәsi üzrә tәcrübәlәr hәyata keçirir. Müasir tәdris modellәrinin tәtbiqi ilә mәşğuldur.
1997-ci ildәn etibarәn sosioloji vә marketinq araşdırmaları, 2001 ci ildәn etibarәn isә tәdris sahәsinin öyrәnilmәsi ilә mәşğuldur. Beynәlxalq Marketinq Araşdırmaları şirkәtinә rәhbәrlik edib.
2010-2014 cu illәrdә Azәrbaycanın Milli Qәhrәmanı Mübariz İbrahimov adına Bilәsuvar Liseyinә, 2014-2017 cı illәrdә rәhbәrlik edәn A. Mәmmәdov hal – hazırda Heydәr Әliyev adına Müasir Tәhsil Kompleksinin tәdris mәsәlәlәri üzrə direktor müavini vәzifәsindә çalışır.
"Ünsiyyәt texnologiyaları", "Time-menecment", "Tәşkilatın inkişaf patologiyaları", "Stres menecment", "Tәhsilin proseslәrinin strateji idarәolunması", "Natiqlik sәnәti", "Fәrdi inkişafın әsasları" vә bir sıra digәr tәlim modullarının müәllifidi.
Tәlimçilik fәaliyyәtinә 2001-ci ildәn başlayıb.


Ekspert
Qafqaz Qəhrəmanlı
Qəhrəmanlı Qafqaz Elman oğlu 2011-cu ildə Bakı Dövlət Universitetinin Beynəlxalq Münasibətlər ...

Ekspert
Rauf Əliyev
Rauf Əliyev müxtəlif gənclər təşkilatlarında və layihələrdə 8 il könüllü fəaliyyət ...







Ekspert
Ruslan Atakişiyev
1994-1998 –ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində "Maliyyə" ixtisası üzrə bakalavr ...



Ekspert
Elnur Islamov
Elnur Islamov Türkiyənin Ankara Qazi Universitetinin İqtisadiyyat və İdarəetmə Fakultəsinin Dövlət ...

Ekspert
Zaur İbrahimov
Zaur İbrahimov Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının bakalavr və ...

